Fevralın 07-si gündüzdən 08-i səhərədək müşahidə olunmuş faktiki hava
08 Fevral 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi fevralın 07-si gündüzdən 08-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib. Abşeron yarımadasında və bəzi rayonlarda küləyin sürəti 20-30 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Lənkəran-Astara zonasında 2-19, Astarada 30, Böyük Qafqazda 1-15, Mərkəzi-Aran rayonlarında 1-21, Naxçıvan MR-da 1-13, Qazax-Gəncə zonasında 5-12, Kiçik Qafqazda 8-12 mm təşkil edib.