Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

08 Fevral 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 210-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 200-300 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

 

Fevralın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 156 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 77 m3/s olmaqla, ongünlük normanın 112 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 24 m3/s təşkil edərək ongünlük normanın 35 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

 

Fevralın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.  Belə ki, Kür çayının Şirvan məntəqəsində 24, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə 4 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 438 sm (2015-ci il fevralın 08-də 333 sm), Şirvanda 329 sm (2015-ci il fevralın 08-də 171 sm), Salyanda 318 sm (2015-ci il fevralın 08-də 152 sm), Bankədə 237 sm (2015-ci il fevralın 08-də 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 168 sm (2015-ci il fevralın 08-də 50 sm) təşkil edir.