Ekologiya və Təbii Sərvətlər Nazirliyi il ərzində Ətraf mühiti çirkləndirənlərə qarşı 4751 akt və protokol tərtib edib
18 Yanvar 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2007–ci il ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 4751 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 846 icrası məcburi olan göstərişlər verilmişdir.
112 iş üzrə sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına, 545 iş Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına, 66 iş İqtisad Məhkəmələrinə və 222 iş Rayon Məhkəmələrinə göndərilmişdir.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 2034 iş üzrə 121421,49 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 76510,98 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 1121 iş üzrə 1145667,18 manat məbləğində iddia qaldırılmış, ondan 222060,3 manatın ödənilməsi təmin edilmişdir. 2725 iş üzrə 445177,36 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 181712,48 manatın ödənilməsi təmin olunmuşdur.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 112 işdən 33–nə, məhkəmələrə göndərilmiş 288 işdən 166–na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 545 işdən 143–nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Hesabat dövründə ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 457644 manat məbləğində vəsaitin köçürülməsi təmin edilmişdir.
Su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində dövlət nəzarətinin tətbiqi nəticəsində 505 akt və protokol tərtib olunmuş, idarə və müəssisələrə 223 icrası məcburi olan göstəriş verilmişdir. Su ehtiyatlarının mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 149 iş üzrə 9436,1 manat cərimə tətbiq edilmiş, əvvəlki ildən qalan borc da daxil olmaqla 10277,79 manat ödənilmişdir. 28 iş üzrə 161532,79 manat iddia qaldırılaraq ondan 50866,5 manatın, 510 iş üzrə 285830,73 manat məbləğində ödəmə verilərək ondan 60862,78 manatın ödənilməsi təmin edilmişdir.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 810 akt və protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 272 icrası məcburi olan göstəriş verilmişdir. Atmosfer havasının mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 179 iş üzrə 16319,3 manat məbləğində cərimə tətbiq edilmiş, bu məbləğdən 8867,5 manat ödənilmişdir. 114 iş üzrə 18097,71 manat məbləğində iddia qaldırılmış, ondan 9736,33 manat ödənilmişdir. 1372 iş üzrə 107886,98 manat ödəmə verilmiş və bu məbləğdən 77796,96 manatın ödənilməsi təmin olunmuşdur.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 241 akt və protokol tərtib olunmuş, çatışmazlıqların aradan qaldırılması üçün 12 məcburi göstəriş verilmişdir. 31 iş üzrə 1602,5 manat cərimə tətbiq edilmiş, əvvəlki ildən qalan borc da daxil olmaqla 2762,8 manat ödənilmiş, 12 iş üzrə 19519,25 manat məbləğində iddia qaldırılmış və bu məbləğin 6690,1 manatı ödənilmişdir. 190 iş üzrə 7467,28 manat ödəmə verilmiş və bu məbləğdən 6774,78 manat ödənilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 564 akt və protokol tərtib olunmuş, aşkar olunmuş nöqsanlara görə 47 icrası məcburi olan göstəriş verilmişdir. 446 iş üzrə 21237,6 manat cərimə tətbiq edilmiş, ondan 19065,01 manatın ödənilməsi təmin edilmişdir. 211 iş üzrə 732229,07 manat iddia qaldırılmış, ondan 86678,02 manat ödənilmişdir. 68 iş üzrə 11132 manat məbləğində ödəmə verilmiş, ondan 8836,38 manat ödənilmişdir.
Tullantıların idarə olunması sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyə uyğun tətbiqi nəticəsində 796 akt və protokol tərtib olunmuş, idarə və müəssisələrə 186 icrası məcburi göstəriş verilmişdir. Aşkar olunmuş qanun pozuntularına görə 445 iş üzrə 43984,59 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 11445,08 manat ödənilmişdir. 19 iş üzrə 91596,76 manat iddia qaldırılaraq, ondan 717 manat, 585 iş üzrə 32860,37 manat məbləğində ödəmə verilərək, ondan 26615,58 manat ödənilmişdir.
Floranın mühafizəsi sahəsind aşkar olunmuş qanun pozuntularına görə 1351 akt və protokol tərtib olunmuş, idarə və müəssisələrə 105 icrası məcburi göstəriş verilmişdir. 466 iş üzrə 20503,7 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 17943,7 manat ödənilmiş, 592 iş üzrə isə 85560,55 manat məbləğində iddia qaldırılaraq ondan 35511,35 manatın ödənilməsi təmin edilmişdir.
Faunanın mühafizəsi sahəsində dövlət nəzarətinin mövcud qanunvericilik əsasında tətbiqi nəticəsində 243 akt və protokol tərtib olunmuş və 1 icrası məcburi olan göstəriş verilmişdir. Bu sahədə aşkar olunmuş qanun pozuntularına görə 155 iş üzrə 5648,2 manat cərimə tətbiq edilərək, ondan 3614,6 manatın, 48 iş üzrə 1403,05 manat məbləğində iddia qaldırılaraq, ondan 1430 manatın ödənilməsi təmin edilmişdir.
Su Hövzələrində Bioloji Resursların artırılması və mühafizəsi sahəsində 241 akt və protokol tərtib olunmuş, 163 iş üzrə 2689,5 manat məbləğində cərimə tətbiq edilmiş, 97 iş üzrə isə 35728 manat məbləğində iddia qaldırılmışdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti