Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
17 Sentyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 01-15 sentyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 117 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 36 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 15 iş üzrə 28600 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 5 iş üzrə 1081,28 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 163 iş üzrə 25261 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 2, məhkəmələrə isə 1 iş göndərilmişdir.