Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
16 Sentyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 20-120, Kiçik Qafqazın çaylarında 60-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-30, Naxçıvan MR çaylarında isə normanın 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 95,0 m3/s, ongünlük normanın 68 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 90,0 m3/s və ongünlük normanın 65 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 74,0 m3/s olmaqla, ongünlük normanın 82 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə çox olmaqla 167 m3/s təşkil etmiş və ongünlük normanın 185 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 5, Bankədə 6, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 332 sm (2012-ci il sentyabrın 16-da 421 sm), Şirvanda 191 sm (2012-ci il sentyabrın 16-da 317 sm ), Salyanda 155 sm (2012-ci il sentyabrın 16-da 235 sm ), Bankədə 199 sm (2012-ci il sentyabrın 16-da 235 sm), Araz çayının Novruzlu məntəqəsində isə 49 sm (2012-ci il sentyabrın 16-da 190 sm) təşkil edir.