Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

13 Sentyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-120, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 30-50, Naxçıvan MR-sı çaylarında isə normanın 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Sentyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 95,0 m3/s, ongünlük normanın 68 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 75,0 m3/s və ongünlük normanın 54 faizini təşkil etmişdir.
Sentyabrın 13-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 95,0 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə çox olmaqla 198 m3/s təşkil etmiş və ongünlük normanın 219 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Salyanda isə suyun səviyyəsində 6 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 335 sm (2012-ci il sentyabrın 13-də 420 sm), Şirvanda 198 sm (2012-ci il sentyabrın 13-də 259 sm ), Salyanda 176 sm (2012-ci il sentyabrın 13-də 173 sm ), Bankədə 205 sm (2012-ci il sentyabrın 13-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 51 sm (2012-ci il sentyabrın 13-də 145 sm) təşkil edir.