Fərat (səhra) qovağı ağaclarına “Təbiət abidəsi” statusunun verilməsi və mühafizəsinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülür
11 Sentyabr 2013, 00:00
Xızı rayonunun Xızı-Dizəvər magistral yolunun çaykənarı ərazisindəki çoxillik Fərat (səhra) qovağı ağaclarının mühafizə statusunun gücləndirilməsi məqsədilə bu günlərdə ictimaiyyət nümayəndələri adından Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
müvafiq tədbirlərin görülməsi üçün müraciətlər daxil olmuşdur.
Azərbaycan üçün əhəmiyyətli olan bu növün yayıldığı həmin ərazilərə Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində baxış keçirilmiş və bu ağacların vəziyyəti, əhəmiyyəti yüksək qiymətləndirilmişdir. Bununla əlaqədar ETSN tərəfindən sözügedən ərazidəki 140 ədəd Fərat (səhra) qovağı ağaclarına yerli əhəmiyyətli “Təbiət abidəsi” statusunun verilməsi və mühafizəsinin gücləndirilməsi üçün müvafiq tədbirlər görülür.
Qeyd edək ki, Fərat (səhra) qovağına dünyanın bir sıra ərazilərində, o cümlədən Şimali Afrika, yaxın Şərq, həmçinin Mərakeş, Misir, Əlcazair, Çin, Türkiyə, İsrail və s. ölkələrin ərazisində, əsasən azsulu və ya quru çay vadilərində rast gəlinir.