Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
09 Sentyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 20-120 faizini, Kiçik Qafqazın çaylarında 60-100, Lənkəran-Astara bölgəsi çaylarında 60-100, Naxçıvan MR çaylarında isə normanın 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 113 m3/s, ongünlük normanın 93 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 154 m3/s və ongünlük normanın 126 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 53,0 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə üç dəfə çox olmaqla 201 m3/s təşkil etmiş və ongünlük normanın 276 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 5, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Bankədə və Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm (2012-ci il sentyabrın 09-da 358 sm), Şirvanda 198 sm (2012-ci il sentyabrın 09-da 214 sm ), Salyanda 155 sm (2012-ci il sentyabrın 09-da 150 sm ), Bankədə 221 sm (2012-ci il sentyabrın 09-da 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 56 sm (2012-ci il sentyabrın 09-da 104 sm) təşkil edir.