Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

07 Sentyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-130, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-30, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Sentyabrın 06-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 106 m3/s, ongünlük normanın 112 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 95,0 m3/s və ongünlük normanın 78 faizini təşkil etmişdir.
Sentyabrın 06-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 59,0 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə çox olmaqla 154 m3/s təşkil etmiş və ongünlük normanın 211 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 06-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 4, Bankədə 9 sm artım, lakin Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2012-ci il sentyabrın 06-da 335 sm), Şirvanda 197 sm (2012-ci il sentyabrın 06-da 195 sm ), Salyanda 147 sm (2012-ci il sentyabrın 06-da 143 sm ), Bankədə 215 sm (2012-ci il sentyabrın 06-da 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 57 sm (2012-ci il sentyabrın 06-da 135 sm) təşkil edir.