Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
02 Sentyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-130, Kiçik Qafqazın çaylarında 60-100, Lənkəran-Astara bölgəsi çaylarında 15-20, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 75,0 m3/s, ongünlük normanın 61 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bir qədər çox olmaqla 114 m3/s və ongünlük normanın 93 faizini təşkil etmişdir.
Sentyabrın 01-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 66,0 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 58,0 m3/s təşkil etmiş və ongünlük normanın 80 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 2, Bankədə 28 sm artım, Salyanda 2, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 339 sm (2012-ci il sentyabrın 01-də 334 sm), Şirvanda 194 sm (2012-ci il sentyabrın 01-də 203 sm ), Salyanda 133 sm (2012-ci il sentyabrın 01-də 160 sm ), Bankədə 225 sm (2012-ci il sentyabrın 01-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 56 sm (2012-ci il sentyabrın 01-də 130 sm) təşkil edir.