Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

26 Avqust 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 132,0 m3/s, ongünlük normanın 108 faizini təşkil edir. 2012-ci ildə isə iki dəfə az olmaqla 64,0 m3/s və ongünlük normanın 52 faizini təşkil etmişdir.
Avqustun 26-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 83 m3/s olmaqla, ongünlük normanın 121 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə eyni olmaqla 83 m3/s təşkil etmiş və ongünlük normanın 120 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Şirvanda 5 sm azalma, Bankədə 8 sm, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 341 sm (2012-ci il avqustun 26-da 341 sm), Şirvanda 197 sm (2012-ci il avqustun 26-da 205 sm ), Salyanda 135 sm (2012-ci il avqustun 26-da 148 sm ), Bankədə 215 sm (2012-ci il avqustun 26-da 207 sm), Araz çayının Novruzlu məntəqəsində isə 63 sm (2012-ci il avqustun 26-da 110 sm) təşkil edir.