Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

23 Avqust 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-110, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-50, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 75,0 m3/s, ongünlük normanın 61 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 98,0 m3/s və ongünlük normanın 80 faizini təşkil etmişdir.
Avqustun 23-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 101 m3/s olmaqla, ongünlük normanın 147 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 104 m3/s təşkil etmiş və ongünlük normanın 152 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 2 sm, Şirvanda 4 sm, Bankədə 6 sm, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342 sm (2012-ci il avqustun 23-də 338 sm), Şirvanda 198 sm (2012-ci il avqustun 23-də 204 sm ), Salyanda 140 sm (2012-ci il avqustun 23-də 158 sm ), Bankədə 211 sm (2012-ci il avqustun 23-də 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 63 sm (2012-ci il avqustun 23-də 110 sm) təşkil edir.