Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

19 Avqust 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-100, Kiçik Qafqazın çaylarında 70-100, Lənkəran-Astara bölgəsi çaylarında 40-50, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 61 m3/s, ongünlük normanın 46 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 87,0 m3/s və ongünlük normanın 65 faizini təşkil etmişdir.
Avqustun 19-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 101 m3/s olmaqla, ongünlük normanın 150 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 43,0 m3/s təşkil etmiş və ongünlük normanın 64 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 7 sm, Şirvanda 10 sm, Salyanda 20 sm, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma, lakin avqustun 19-da Kür çayının Bankə məntəqəsində suyun səviyyəsində 16 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 sm (2012-ci il avqustun 19-da 342 sm), Şirvanda 206 sm (212-ci il avqustun 19-da 199 sm ), Salyanda 145 sm (2012-ci il avqustun 19-da 168 sm ), Bankədə 225 sm (2012-ci il avqustun 19-da 235 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 sm (2012-ci il avqustun 19-da 92 sm) təşkil edir.