Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
16 Avqust 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-120, Kiçik Qafqazın çaylarında 70-100, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 80 m3/s, ongünlük normanın 60 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 84,0 m3/s və ongünlük normanın 63 faizini təşkil etmişdir.
Avqustun 16-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 117 m3/s olmaqla, ongünlük normanın 174 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 51,0 m3/s təşkil etmiş və ongünlük normanın 76 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 4 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 50 sm, Şirvanda 53 sm, Salyanda 10 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində isə 46 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 358 sm (2012-ci il avqustun 16-da 330 sm), Şirvanda 226 sm (212-ci il avqustun 16-da 193 sm ), Salyanda 190 sm (2012-ci il avqustun 16-da 158 sm ), Bankədə 217 sm (2012-ci il avqustun 16-da 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 sm (2012-ci il avqustun 16-da 92 sm) təşkil edir.