Xəbərlər

Reyd zamanı çətənə bitkisi aşkar olunub

07 Avqust 2013, 00:00

7 avqust 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə keçirilən reyd zamanı Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində, Arılıq
meşəsinin Sarıçay sahilində naməlum şəxslər tərəfindən qanunsuz olaraq kol-kosdan təmizlənmiş 16 m2 sahədə tərkibində narkotik maddələr olan 1-3,5 metr hündürlüyündə 29 ədəd çətənə bitkisinin əkilib becərilməsi və onlara aqrotexniki qulluq edilməsi faktı aşkar olunub.
Faktla bağlı ETSN tərəfindən dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna məlumat verilib. Hazırda araşdırma aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.