12 avqust Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür
07 Avqust 2013, 00:00
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” Xəzər dənizinin sahilində yerləşən beş dövlət arasında Xəzər dənizi regionunda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. Bu sənəd “çirkləndirici ödəyir” və məlumatın əldə edilməsi prinsipləri də daxil olmaqla bir sıra rəhbər prinsiplərə söykənir.
İmzalanaraq təsdiq olunduğu şəhərin adı ilə bağlı olaraq həmçinin “Tehran Konvensiyası” kimi də tanınan bu Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, eyni zamanda Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da öz əksini tapmışdır.
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmışdır. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilmiş görüşlər zamanı davam etmiş və 2003-cü il 4 noyabr tarixində Xəzəryanı ölkələr tərəfindən imzalanmışdır.
Konvensiyanın imzalanması BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzər Ekoloji Proqramı çərçivəsində 8 illik hökumətlərarası danışıqların yekun nəticəsi olmuşdur. BMT-nin keçmiş Baş Katibli Kofi Annan bildirmişdir ki, Tehran Konvensiyasının imzalanması “regionun mühüm nailiyyətidir”, belə mühüm sazişin ratifikasiyası isə “yüz milyonlarla insanın sağlamlıq və rifahına xidmət edəcəkdir ”.
Tehran Konvensiyası beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust 2006-cı il tarixində qüvvəyə minmiş və sonradan bu tarix “Xəzər günü” kimi qeyd edilməyə başlanmışdır.
“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.
Hər il olduğu kimi bu il də ölkəmizdə “Xəzər günü” ilə əlaqədar tədbirlər keçiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Çərçivə Konvensiyasının imzalanmasının 10 illiyi ilə əlaqədar bu il Xəzər gününü KİV və QHT-nümayəndələrinin iştirakı ilə Xıllı Nərə Balıqartırma zavodunda qeyd edəcək.