Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
05 Avqust 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə avqustun 04-ü axşamdan 05-i səhərədək yağan yağışlarla əlaqədar Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuq artmışdır. Belə ki, Qazax-Gəncə bölgəsi çaylarında səviyyə 1-2 sm, Quba-Xaçmaz bölgəsi çaylarında 6-7 sm artmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 20-110, Kiçik Qafqazın çaylarında 70-100, Lənkəran-Astara bölgəsi çaylarında 70-160, Naxçıvan MR-ı çaylarında isə normanın 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 102 faizini təşkil edir. 2012-ci ildə isə iki dəfə az olmaqla 75,0 m3/s və ongünlük normanın 56 faizini təşkil etmişdir.
Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 89 m3/s olmaqla, ongünlük normanın 128 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 71,0 m3/s təşkil etmiş və ongünlük normanın 102 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 8 sm, Şirvanda 4 sm, Salyanda 10 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə isə suyun səviyyəsində 9 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 357 sm (2012-ci il avqustun 05-də 339 sm), Şirvanda 218 sm (212-ci il avqustun 05-də 208 sm ), Salyanda 175 sm (2012-ci il avqustun 05-də 172 sm ), Bankədə 221 sm (2012-ci il avqustun 05-də 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2012-ci il avqustun 05-də 101 sm) təşkil edir.