Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
05 Avqust 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 16-31 iyul tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 138 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 56 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 39 iş üzrə 101200 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 16 iş üzrə 2742,72 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 241 iş üzrə 145067,23 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qruplarına 24, məhkəmələrə isə 1 iş göndərilmişdir.