Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (iyul ayının III ongünlüyü üçün)
01 Avqust 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
İyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II
ongünlüyünə nisbətən 84,9 m3/san artaraq 150 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar 4, mis birləşmələri 2, Ağstafaçayda isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
İyul ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevəndə isə mis birləşmələri 4, fenollar 2dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,51-6.28 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.