Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
26 İyul 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyulun 25-i axşamdan 26-sı səhərədək leysan yağışı nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi Balakən-Şəki bölgəsi çaylarında sululuq artmış, Talaçaydan sel keçmişdir.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 20-70, Kiçik Qafqazın çaylarında 60-80, Lənkəran-Astara bölgəsi çaylarında 40-80, Naxçıvan MR çaylarında isə normanın 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son dörd gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 131 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici bir qədər az olmaqla 85.0 m3/s və ongünlük normanın 56 faizini təşkil etmişdir.
Son dörd gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 51.0 m3/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə çox olmaqla 124 m3/s təşkil etmiş və ongünlük normanın 141 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Surra məntəqəsində 4 sm, Şirvanda 10 sm azalma, Salyanda 7 sm artım müşahidə olunmuşdur, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 314 sm (2012-ci il iyulun 26-da 380 sm), Şirvanda 153 sm (212-ci il iyulun 26-da 252 sm ), Salyanda 100 sm (2012-ci il iyulun 26-da 204 sm ), Bankədə 225 sm (2012-ci il iyulun 26-da 247 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2012-ci il iyulun 26-da 132 sm) təşkil edir.