Şikayət yerində araşdırılmışdır
25 İyul 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu Azadlıq prospekti 116 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Araşdırma zamanı həmin ərazidə 1 ədəd çoxillik qovaq ağacının budağının güclü külək nəticəsində sınması istisna olmaqla, heç bir ağac kəsintisi faktı aşkar olunmamışdır.
Eyni zamanda bildiririk ki, cari ilin iyun ayında sözügedən ünvanda yaşayan bir qrup sakin tərəfindən Nərimanov rayonu Azadlıq prospekti 116 ünvanında aşma təhlükəsi vəziyyətində olan bir neçə çoxillik qovaq ağacının kəsilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuşdur.
Müraciətlə əlaqədar Nazirliyin Dövlət Ekspertiza İdarəsinin mütəxəssisləri tərəfindən həmin əraziyə keçirilən baxış zamanı ərazidə təhlükəli vəziyyətdə olan 9 ədəd çoxillik qovaq ağacının hündür gövdə və budaqlarının küləyin təsirindən sınma ehtimalı yaratması müəyyən edilmişdir. Vətəndaşlara və binalara təhlükə yaradacağını nəzərə alaraq qeyd olunan qovaq ağaclarının gövdələrinin üst hissəsindən təhlükəsiz səviyyəyə qədər budanmasına icazə verilmişdir.
Bildiririk ki, mövcud qaydalara əsasən ağacların təhlükəsiz səviyyədə budanması 4 metrdən aşağı olmamaq şərtilə nisbi sükunət dövründə, yəni oktyabr-mart aylarında bu sahədə təcrübəyə malik olan Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir.
ETSN yaşıllıqların qorunması məqsədilə vaxtında məlumat verən bütün vətəndaşlara, KİV nümayəndələrinə minnətdarlığını bildirir və daxil olan belə məlumatların araşdırılması və diqqətdə saxlanılması üçün qanunamüvafiq operativ tədbirlərin görülməsini davam etdirir.