Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

22 İyul 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-70, Kiçik Qafqazın çaylarında 80-110, Lənkəran-Astara bölgəsi çaylarında və Naxçıvan MR çaylarında isə normanın 10-50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
İyulun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 38 sm artım müşahidə olunmuşdur, lakin iyulun 22-də çayın səviyyəsində 24 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 129 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici bir qədər çox olmaqla 167 m3/s və ongünlük normanın 109 faizini təşkil etmişdir.
İyulun 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 61.0 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 176 m3/s təşkil etmiş və ongünlük normanın 200 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Salyanda 5, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınmış, Şirvanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 sm (2012-ci il iyulun 22-də 392 sm), Şirvanda 153 sm (212-ci il iyulun 22-də 272 sm ), Salyanda 90 sm (2012-ci il iyulun 22-də 223 sm ), Bankədə 211 sm (2012-ci il iyulun 22-də 236 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 sm (2012-ci il iyulun 22-də 125 sm) təşkil edir.