Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
19 İyul 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 70-80, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR-sı çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 65 m3/s olmaqla, ongünlük normanın 31 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici iki dəfə çox olmaqla 155 m3/s və ongünlük normanın 75 faizinini təşkil etmişdir.
Son dörd gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 19 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 62 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 123 m3/s təşkil etmiş və ongünlük normanın 110 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son dörd gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 9 sm azalma, Bankədə isə suyun səviyyəsində 20 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 316 sm (2012-ci il iyulun 19-da 409 sm), Şirvanda 153 sm (212-ci il iyulun 19-da 294 sm ), Salyanda 95 sm (2012-ci il iyulun 19-da 238 sm), Bankədə 227 sm (2012-ci il iyulun 19-da 237 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 sm (2012-ci il iyulun 19-da 125 sm) təşkil edir.