Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb

17 İyul 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən 2013-cü ilin 01-15 iyul tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 148 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 46 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 21 iş üzrə 39500 manat məbləğində inzibatı qaydada cərimə tətbiq olunmuş, ətraf mühitə dəymiş ziyana görə 10 iş üzrə 548,14 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 256 iş üzrə 42349 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 5, məhkəməyə 1, icra qurumlarına isə 14 iş göndərilmişdir.