Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
12 İyul 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında 40-130, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son dörd gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 55 m3/s, ongünlük normanın 27 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici iki dəfə çox olmaqla 123 m3/s və ongünlük normanın 59 faizini təşkil etmişdir.
Son dörd gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 114 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 145 m3/s təşkil etmiş və ongünlük normanın 129 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son dörd gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 13 sm, Şirvanda 27 sm, Salyanda 30 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Bankədə isə iyulun 12-də suyun səviyyəsində 12 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 343 sm (2012-ci il iyulun 12-də 443 sm), Şirvanda 193 sm (2012-ci il iyulun 12-də 307 sm ), Salyanda 130 sm (2012-ci il iyulun 12-də 248 sm), Bankədə 229 sm (2012-ci il iyulun 12-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2012-ci il iyulun 12-də 150 sm) təşkil edir.