Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
08 İyul 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-140, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 30-260, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 78,0 m3/s olmaqla ongünlük normanın 26 faizini təşkil edir (2012-ci ildə isə bu göstərici bir qədər çox olmaqla 125 m3/s və ongünlük normanın 42 faizini təşkil etmişdir).
Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edir (2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 141 m3/s təşkil etmiş və ongünlük normanın 97 faizinə bərabər olmuşdur).
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 9 sm, Şirvanda 5 sm, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, lakin Salyanda 10 sm, Bankədə isə 9 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 sm (2012-ci il iyulun 08-də 398 sm), Şirvanda 232 sm (2012-ci il iyulun 08-də 295 sm), Salyanda 166 sm (2012-ci il iyulun 08-də 263 sm), Bankədə 228 sm (2012-ci il iyulun 08-də 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2012-ci il iyulun 08-də 158 sm) təşkil edir.