Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb
04 İyul 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən 2013-cü ilin 16-30 iyun tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 135 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 40 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 30 iş üzrə 170280 manat məbləğində inzibatı qaydada cərimə tətbiq olunmuş, ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 2310,37 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 219 iş üzrə 122271,73 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına isə 19 iş göndərilmişdir.