Hava haqqında operativ məlumat
03 İyul 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin operativ məlumatı:
Əvvəlcədən xəbər verildiyi kimi iyulun 02-si axşamdan 03-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olmuş, şimşək çaxmış, yağış yağmış, bəzi yerlərdə leysan xarakterli (Oğuzda güclü) olmuş, bəzi dağlıq rayonlarda dolu düşmüşdür.
Düşən yağıntının miqdarı Oğuzda 75.0 mm (aylıq normanın 110 faizi), Gədəbəydə 22.0 mm, Şəkidə 14.0 mm, Daşkəsəndə 11.0 mm, Qəbələdə 10.0 mm təşkil etmiş, digər rayonlarda isə 0.4-8.0 mm olmuşdur.
Şimal-qərb küləyinin sürəti Naftalan, Neftçala, Tovuz, Ağstafa, Biləsuvar, Ceyrançöl, Şəmkir, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 15-20 m/s təşkil etmiş, arabir 25 m/s-dək güclənmiş, Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatmışdır.
Respublikanın rayonlarında qeyri-sabit hava şəraiti iyulun 05-i gündüzədək davam edəcək.