Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

28 İyun 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-140, Kiçik Qafqaz çaylarında 80-90, Lənkəran-Astara bölgəsi çaylarında 80-250, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 85,0 m3/s olmaqla, ongünlük normanın 21 %-ni təşkil edir. 2012-ci ildə isə bir qədər çox olmaqla 118 m3/s və ongünlük normanın 29 %-ni təşkil etmişdir.
İyunun 28-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 77 %-ni təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 89 m3/s təşkil etmiş və ongünlük normanın 54 %-nə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8 sm, Bankədə 2 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, lakin Surrada 9 sm artım qeydə alınmış, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 437 sm (2012-ci il iyunun 28-də 371 sm), Şirvanda 299 sm (2012-ci il iyunun 28-də 232 sm ), Salyanda 226 sm (2012-ci il iyunun 28-də 193 sm ), Bankədə 239 sm (2012-ci il iyunun 28-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2012-ci il iyunun 28-də 102 sm) təşkil edir.