Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

24 İyun 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə bəzi yerlərdə yağan leysan xarakterli yağışlar nəticəsində Respublikanın əsasən Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 10-95, Lənkəran-Astara bölgəsi çaylarında 10-34 sm intervalında artım müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-130, Kiçik Qafqaz çaylarında 70-80, Lənkəran-Astara bölgəsi çaylarında 80-370, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 154 m3/s olmaqla, ongünlük normanın 38 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici bir qədər az olmaqla 131 m3/s və ongünlük normanın 32 faizini təşkil etmişdir.
Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 107 m3/s təşkil etmiş və ongünlük normanın 64 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlər ərzində yağan yağışlarla əlaqədar Kür çayının sağ və sol qollarında sululuğun kəskin artımı baş vermişdir. Belə ki, iyunun 22-də Qarasu-Zərdab məntəqəsində suyun səviyyəsi 182 sm artmışdır. Bunun nəticəsində son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Kür çayının Surra məntəqəsində 90, Şirvanda 103, Salyanda 28, Bankədə 14, Araz çayının Novruzlu məntəqəsində isə 135 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 478 sm (2012-ci il iyunun 24-də 382 sm), Şirvanda 336 sm (2012-ci il iyunun 24-də 247 sm ), Salyanda 204 sm (2012-ci il iyunun 24-də 208 sm ), Bankədə 231 sm (2012-ci il iyunun 24-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 210 sm (2012-ci il iyunun 24-də 109 sm) təşkil edir.