Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

21 İyun 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə bəzi yerlərdə yağan leysan xarakterli yağışlar nəticəsində Respublikanın əsasən Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 10-100 sm artım müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-200 sm, Kiçik Qafqaz çaylarında 80-90, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
İyunun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 23 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla, ongünlük normanın 41 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici bir qədər az olmaqla 125 m3/s və ongünlük normanın 31 faizini təşkil etmişdir.
İyunun 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 52 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 144 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 118 m3/s təşkil etmiş və ongünlük normanın 71 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 12, Araz çayının Novruzlu məntəqəsində 30 sm azalma, lakin Surrada 3, Bankədə 12 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 358 sm (2012-ci il iyunun 21-də 376 sm), Şirvanda 213 sm (2012-ci il iyunun 21-də 247 sm ), Salyanda 170 sm (2012-ci il iyunun 21-də 208 sm ), Bankədə 235 sm (2012-ci il iyunun 21-də 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2012-ci il iyunun 21-də 115 sm) təşkil edir.