Reyd zamanı qanunsuz oduncaq daşındığı aşkar olunmuşdur
14 İyun 2013, 00:00
Yerli meşə materiallarının qanunsuz daşınmasının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin (xidməti ərazisi Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik və Cəlilabad rayonlarını əhatə edir) əməkdaşları tərəfindən xidməti ərazidə reyd keçirilmişdir.
Keçirilən reyd zamanı Lənkəran rayonunun Girdəni kəndi ərazisində ZİL-130 markalı, 10-NV-268 dövlət nömrə nişanlı avtomaşında oduncaq aparıldığı aşkar olunmuşdur.
Araşdırma zamanı Lənkəran rayonu İstisu qəsəbəsinin sakini Sultan Abdullayev maşındakı oduncağın ona məxsus olduğunu bildirmiş, lakin yükə dair heç bir sənəd (meşə buraxılışı orderi) təqdim etməmişdir.
Qanunsuz əldə edilmiş oduncağın Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təhvil verilməsi tələb olunduqda meşə qanunvericiliyini pozmuş Sultan Abdullayev bilərəkdən mübahisə yaratmış və şöbənin əməkdaşına qarşı fiziki zor tətbiq edərək ona bədən xəsarəti yetirmişdir. Bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və təcili yardım məntəqəsinə məlumat verilmiş, xəsarət almış əməkdaş Lənkəran rayon diaqnostika mərkəzinə aparılmışdır.
Faktla bağlı akt tərtib olunaraq 1439,94 manat ziyan dəyərində 7,43 m3 həcmində, 55 sm uzunluğundakı 95 ədəd palıd cinsli işlik materialı Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təhvil verilmişdir.
Hazırda faktla əlaqədar Lənkəran rayon Polis Şöbəsində təhqiqat aparılır.