Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

14 İyun 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə keçən günlər ərzində arabir yağan yağışlar nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 5-19 sm, Kiçik Qafqaz çaylarında 1-7 sm artım qeydə alınmışdır.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında 60-70, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
İyunun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 28 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 268 m3/s olmaqla, ongünlük normanın 45 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici iki dəfə az olmaqla 125 m3/s və ongünlük normanın 21 faizini təşkil etmişdir.
İyunun 14-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 134 m3/s təşkil etmiş və ongünlük normanın 79 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma baş vermişdir. Belə ki, Kür çayının Surra məntəqəsində və Salyanda suyun səviyyəsində 10, Şirvanda 11, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma, Bankədə isə 3 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 423 sm (2012-ci il iyunun 14-də 357 sm), Şirvanda 303 sm (2012-ci il iyunun 14-də 216 sm ), Salyanda 247 sm (2012-ci il iyunun 14-də 178 sm ), Bankədə 239 sm (2012-ci il iyunun 14-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 172 sm (2012-ci il iyunun 14-də 80 sm) təşkil edir.