Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

06 Dekabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsinin və Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 110-150, Lənkəran-Astara bölgəsi çaylarında 20, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 06-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bir qədər az olmaqla 120 m3/s və ongünlük normanın 76 faizini təşkil edib.
Dekabrın 06-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 64 m3/s təşkil edib və ongünlük normanın 83 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 06-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 1, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, lakin Surrada 2, Bankədə isə 6 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 334 (2012-ci il dekabrın 06-da 407 sm), Şirvanda 181 (2012-ci il dekabrın 06-da 291 sm), Salyanda 140 (2012-ci il dekabrın 06-da 280 sm ), Bankədə 189 (2012-ci il dekabrın 06-da 237 sm), Araz çayının Novruzlu məntəqəsində isə 65 sm (2012-ci il dekabrın 06-da 185 sm) təşkil edir.