Paytaxtda ekoloji qanunvericiliyin tələblərinin yerinə yetirilməsi vəziyyəti araşdırılıb
10 İyun 2013, 00:00
Bakı şəhərinin bir sıra rayonlarında, xüsusilə də Xətai rayonu ərazisində yaşıllıqların qanunsuz məhv edilərək yerində tikinti işlərinin aparılması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayətlər Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Araşdırma zamanı paytaxt ərazisində müxtəlif diametrli yaşköküstə ağacların kəsildiyi faktları aşkar olunmuş, ekoloji qanunvericiliyin pozulduğu, ətraf mühitin mühafizəsinə cavabdeh olan Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departametinin əməkdaşlarının Bakı şəhərində ətraf mühitin mühafizəsinə dövlət nəzarətinin qeyri-qənaətbəxş səviyyədə təşkil edildiyi müəyyən olunmuşdur.
Xidməti ərazilərdə ekoloji qanunvericiliyin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülməməsinə, məlumat və şikayətlərin vaxtında araşdırılmamasına görə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin rəhbəri və digər məsul şəxslər tutduqları vəzifədən azad edilmişlər.