Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

07 İyun 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən 2013-cü ilin 16-31may tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 181 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 49 iş üzrə 195400 manat məbləğində inzibatı qaydada cərimə tətbiq olunmuş, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 1555,89 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 114 iş üzrə 24692,95 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qruplarına 28, məhkəmələrə isə 1 iş göndərilmişdir.