Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

03 İyun 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 70-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 43 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 143 m3/s olmaqla, ongünlük normanın 24 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici 3 dəfə çox olmaqla 400 m3/s və ongünlük normanın 67 faizini təşkil etmişdir.
Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 65 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 209 m3/s təşkil etmiş və ongünlük normanın 107 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 03-də Kür çayının aşağı axıınında su səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 20 sm, Şirvanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində 18 sm azalma qeydə alınmışdır, lakin Salyanda və Bankədə su səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 533 sm (2012-ci il iyunun 03-də 370 sm), Şirvanda 439 sm (2012-ci il iyunun 03-də 234 sm ), Salyanda 367 sm (2012-ci il iyunun 03-də 188 sm ), Bankədə 277 sm (2012-ci il iyunun 03-də 229 sm), Araz çayının Novruzlu məntəqəsində isə 280 sm (2012-ci il iyunun 03-də 90 sm) təşkil edir.