Xəbərlər

05 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar iməcilik keçirilmişdir

01 İyun 2013, 00:00

01 iyun 2013-cü il tarixində 5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı-Qazax və Bakı-Quba magistral avtomobil yollarının ətrafında salınmış yaşıllıqlara qulluq göstərilməsi məqsədilə iməcilik keçirilmişdir.
İməciliklərdə Nazirliyin 400-ə yaxın əməkdaşının iştirakı ilə Bakı-Qazax magistral avtomobil yolunun 60 hektar ərazisində, Bakı-Quba magistral avtomobil yolunun isə 40 hektar ərazisində abadlıq işləri aparılmış və ağaclara qulluq edilmişdir.
Qeyd edək ki, 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində respublikanın rayonlarında da iməciliklər təşkil olunmuş, o cümlədən bir sıra yerlərdə abadlıq işləri aparılaraq ərazilər məişət tullantılarından təmizlənmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.
Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini də cəlb etməkdir.