Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
31 May 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-90, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son 4 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 36 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 265 m3/s olmaqla, ongünlük normanın 38 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici bir qədər çox olmaqla 376 m3/s və ongünlük normanın 54 faizini təşkil etmişdir.
Son 4 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 141 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 221 m3/s təşkil etmiş və ongünlük normanın 111 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlər ərzində yağan yağışlarla əlaqədar Kür çayının sağ və sol qollarında sululuğun kəskin artımı baş vermişdir. Belə ki, Qarasu-Zərdab məntəqəsində suyun səviyyəsi 126 sm artmışdır. Bunun nəticəsində Kür çayının aşağı axınında səviyyə artımı müşahidə olunmuşdur. Belə ki, son 4 gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 121 sm, Şirvanda 95 sm, Salyanda 30 sm, Bankədə 12 sm, Araz çayının Novruzlu məntəqəsində isə 105 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 544 sm (2012-ci il mayın 31-də 382 sm), Şirvanda 404 sm (2012-ci il mayın 31-də 254 sm ), Salyanda 277 sm (2012-ci il mayın 31-də 213 sm ), Bankədə 251 sm (2012-ci il mayın 31-də 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 270 sm (2012-ci il mayın 31-də 100 sm) təşkil edir.