Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
27 May 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə yağan yağışlar nəticəsində Kiçik Qafqaz çaylarında 1-3 sm, Quba-Xaçmaz bölgəsi çaylarında 2-4 sm artım qeydə alınmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-80, Naxçıvan MR çaylarında isə normanın 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 240 m3/s olmaqla, ongünlük normanın 35 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm iki dəfə çox olmaqla 480 m3/s və ongünlük normanın 69 faizini təşkil etmişdir.
Mayın 27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 258 m3/s təşkil etmiş və ongünlük normanın 130 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 1 sm, Şirvanda 14 sm, Salyanda 13 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 437 sm (2012-ci il mayın 27-də 398 sm), Şirvanda 317 sm (2012-ci il mayın 27-də 269 sm), Salyanda 270 sm (2012-ci il mayın 27-də 223 sm ), Bankədə 239 sm (2012-ci il mayın 27-də 235 sm), Araz çayının Novruzlu məntəqəsində isə 170 sm (2012-ci il mayın 27-də 110 sm) təşkil edir.