Bakı Avrasiya Universitetinin müəllim və tələbə kollektivi ilə görüş keçirilmişdir
24 May 2013, 00:00
24 may 2013-cü il tarixində Bakı Avrasiya Universitetində təhsil alan tələbələrin ətraf mühit sahəsində maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə maarifləndirici seminar keçirilmişdir.
Seminar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sözügedən universitet arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində yaradılmış “Ekoklub”un təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə “Ekoklub”ların yaradılmasının məqsədi, dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənclərin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyi diqqətə çatdırılmışdır.
Tədbir iştirakçılarına xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda geniş informasiya verilmiş, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Məlumat üçün qeyd edirik ki, ölkədə fəaliyyət göstərən 30-dan artıq ali təhsil müəssisəsində “Ekoklub”ların yaradılmasının əsas məqsədi ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, həmçinin, gələcəkdə yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması, ali təhsil müəssisələrinin ətraf mühit sahəsində təhsil alan tələbələri ilə daimi əlaqənin yaradılması və təbliğat sahəsində geniş şəbəkənin formalaşdırılmasından ibarətdir.