Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
24 May 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Kiçik Qafqazın çaylarında 40-60, Lənkəran-Astara bölgəsi çaylarında 60-100, Naxçıvan MR çaylarında isə normanın 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son 4 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 29 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 238 m3/s olmaqla, ongünlük normanın 34 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 463 m3/s və ongünlük normanın 67 faizini təşkil etmişdir.
Son 4 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 271 m3/s təşkil etmiş və ongünlük normanın 136 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyə
Mayın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsində 5 sm, Salyanda 23 sm, Bankədə 2 sm, Araz çayının Novruzlu məntəqəsində 25 sm artım, Surrada isə 13 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 465 sm (2012-ci il mayın 24-də 390 sm), Şirvanda 362 sm (2012-ci il mayın 24-də 263 sm), Salyanda 259 sm (2012-ci il mayın 24-də 218 sm ), Bankədə 247 sm (2012-ci il mayın 24-də 229 sm), Araz çayının Novruzlu məntəqəsində isə 185 sm (2012-ci il mayın 24-də 111 sm) təşkil edir.