23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 2013, 00:00
Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Peşə bayramı münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad etmişlər.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nazir Hüseyn Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirmiş, görülən işlər, həyata keçirilən tədbirlər, qarşıdakı vəzifələr və perspektiv planlar barədə məlumat vermişdir.
Daha sonra Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə Nazirliyin 10 əməkdaşını “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı” ilə təltif etmişdir.
Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə Prezidentinə müraciəti qəbul olunmuşdur.