Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
20 May 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ölkə ərazisində bəzi yerlərdə yağan yağışlar nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 3-23 sm, Lənkəran-Astara bölgəsi çaylarında isə 6-19 sm artım müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük
normanın 80-120, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 90-130, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Maın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 316 m3/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 440 m3/s və ongünlük normanın 59 faizini təşkil etmişdir.
Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 179 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 293 m3/s təşkil etmiş və ongünlük normanın 144 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 29 sm, Şirvanda 37 sm, Salyanda 12 sm, Bankədə 14 sm, Araz çayının Novruzlu məntəqəsində isə 24 sm artım müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 420 sm (2012-ci il mayın 20-də 402 sm), Şirvanda 287 sm (2012-ci il mayın 20-də 278 sm), Salyanda 204 sm (2012-ci il mayın 20-də 228 sm ), Bankədə 231 sm (2012-ci il mayın 20-də 233 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 sm (2012-ci il mayın 20-də 117 sm) təşkil edir.