Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
20 May 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən 2013-cü ilin 01-15 may tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılmışdır.
Aparılan araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 136 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 41 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 28 iş üzrə təqsirkarlar 64275 manat məbləğində inzibati qaydada cərimə olunmuş, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 11006.03 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 175 iş üzrə 30791.18 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qruplarına 13, məhkəmələrə isə 1 iş göndərilmişdir.