Siqnal əsasında araşdırma aparılıb
17 May 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsi, “Sumqayıt” şadlıq evinin yanında qarağac ağaclarının kəsilməsi ilə bağlı daxil olmuş siqnal əsasında Nazirliyin Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.
Aparılan araşdırma zamanı sözügedən ərazidə yaşköküstə diametri 32-36 sm olan 7 ədəd qarağac ağacının 1.5-2 metr hündürlüyündən qanunuz budanması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən qanunu pozmuş Rzayev Telman Bəylər oğluna akt və protokol tərtib edilərək fiziki şəxs qismində 8400 manat məbləğində cərimə tətbiq olunub.