Xəbərlər

Kür çayının axımına nəzarət məqsədilə yoxlama ölçmə işləri aparılıb

17 May 2013, 00:00

Milli Hidrometeorologiya Departamentinin ekspedisiya dəstəsi tərəfindən 2013-cü ilin aprel ayında Kür çayının axımına nəzarət məqsədilə yoxlama ölçmə işləri aparılmışdır.
Ölçmə işləri zamanı 6 məntəqədə çayın en kəsiyinin profili, sahəsi, dərinliyi, en kəsiyi boyu müxtəlif dərinliklər üzrə suyun sürəti ölçülmüş və su sərfləri hesablanmışdır. Alınan nəticələr Kür çayında suyun sərfinin keçən il və ondan əvvəlki illərlə müqayisədə bu il xeyli aşağı olduğunu göstərmişdir. Belə ki, axım xeyli azalmış, müxtəlif məntəqələrdə su sərfləri və digər hidrometrik parametrlər isə aşağıdakı kimi olmuşdur:
Kür-Yevlax məntəqəsində suyun sərfi 210,06 m3/s, çayın canlı en kəsiyinin sahəsi 307,21 m2, axımın orta sürəti 0,68 m/s, maksimal dərinlik 3,82 m;
Kür-Zərdab məntəqəsində suyun sərfi 220,52 m3/s, çayın canlı en kəsiyinin sahəsi 318,16 m2, axımın orta sürəti 0,69 m/s, maksimal dərinlik 3,71 m;
Kür ”“Surra (Sabirabad) məntəqəsində suyun sərfi 205,99 m3/s, çayın canlı en kəsiyinin sahəsi 252,43 m2, axımın orta sürəti 0,82 m/s, maksimal dərinlik 3,25 m;
Kür-Salyan məntəqəsində suyun sərfi 118,65 m3/s, çayın canlı en kəsiyinin sahəsi 272,79 m2, axımın orta sürəti 0,43 m/s, maksimal dərinlik 5,91 m;
Kür-Bankə (Neftçala) məntəqəsində suyun sərfi 114,90 m3/s, çayın canlı en kəsiyinin sahəsi 437,56 m2, axımın orta sürəti 0,26 m/s, maksimal dərinlik 8,33 m;
Kür-Sübh (Mayak) məntəqəsində suyun sərfi 110,81 m3/s, çayın canlı en kəsiyinin sahəsi 418,47 m2, axımın orta sürəti 0,26 m/s, maksimal dərinlik 3,44 m olmuşdur.