Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
17 May 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ölkə ərazisində bəzi yerlərdə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində 7-31 sm intervalında artım müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-120, Kiçik Qafqazın çaylarında 40-70, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 382 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 440 m3/s və ongünlük normanın 59 faizini təşkil etmişdir.
Mayın 17-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 28 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 152 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 286 m3/s təşkil etmiş və ongünlük normanın 141 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində və Şirvanda 6 sm, Salyanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2012-ci il mayın 17-də 414 sm), Şirvanda 242 sm (2012-ci il mayın 17-də 292 sm), Salyanda 187 sm (2012-ci il mayın 17-də 243 sm ), Bankədə 217 sm (2012-ci il mayın 17-də 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2012-ci il mayın 17-də 125 sm) təşkil edir.