Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şirvan şəhərində vətəndaşların qəbulunu keçirib
15 May 2013, 00:00
15 may 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şirvan, Salyan, Neftçala, Hacıqabul, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşlarla Şirvan şəhərində yerləşən Mərkəzi Mədəniyyət evində görüşmüş, onların şikayət və təkliflərini dinləmişdir.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağirovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak etmiş və bölgə rayonlarından olan 50-yə qədər vətəndaşın müraciətinə baxılmışdır.
Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermiş, müraciətlərin bir hissəsi elə yerindəcə öz həllini tapmışdır.
Qeyd edək ki, belə xarakterli görüşlərin ölkənin digər regionlarında da təşkilinin davamı nəzərdə tutulur.