Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
14 May 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-120, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 40-50, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 370 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm 1,5 dəfə bir çox olmaqla 560 m3/s və ongünlük normanın 78 faizini təşkil etmişdir.
Mayın 10-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə 3 dəfə çox olmaqla 310 m3/s təşkil etmiş və ongünlük normanın 157 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 11 sm, Şirvanda 12 sm, Salyanda 5 sm, Araz açayının Novruzlu məntəqəsində isə 5 sm artım, lakin Bankədə 2 sm zalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 373 sm (2012-ci il mayın 10-da 449 sm), Şirvanda 231 sm (2012-ci il mayın 10-da 339 sm), Salyanda 180 sm (2012-ci il mayın 10-da 308 sm ), Bankədə 213 sm (2012-ci il mayın 10-da 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2012-ci il mayın 10-da 165 sm) təşkil edir.